Erməni lider: «Bizi türklər qurtaracaq»
19.03.2015 831 0.0 0

"Ermənistan Türkiyəni duelə çağırır, halbuki bizim müstəqilliyimiz üçün Rusiya təhlükəsi var."

Məlumata görə, bunu 1994-97-ci illərdə Ermənistan prezidentinin baş məsləhətçisi Jirayr Liparityan bildirib. 

"Biz SSRİ-dən ayrılaraq müstəqilliyimizə qovuşmuşuq. Ancaq özümüzü elə aparırıq sanki Türkiyənin tərkibindən çıxmışıq. Xarici siyasətimizində əsas xətti Türkiyəyə əlcək atmaq üzərində qurmuşuq. Ancaq bizim süverenliyimiz üçün Rusiya təhlükəsi var. Biz kiçik addımlarla Rusiyaya öz müstəqilliyimizi təhvil veririk. Bu cür siyasət yürütmək olmaz", - deyə Liparityan bildirib. 

ABŞ-ın Miçiqan universitetinin professoru Ermənistan hakimiyyətini qondarma erməni soyqırımının təbliğatı baxımından çox canfəşanlıq etməkdə də günahlandırıb. 

"100 illik tədbirlər keçirmək fikrindənsə hakimiyyət xalqa, dövlətçiliyə qoyduğu hörməti bir qədər artırsa daha yaxşı olar. Bu cür siyasət yürütmək bizim əhalinin indiki həyatına mənfi təsir edir. Məsələlərə bu cür köndələn yanaşmaq bizim əlehyimizədir", - deyə erməni professor bildirib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar