ERMƏNİLƏRİN HƏSƏN QORXUSU(VİDEO)
30.11.2014 2265 0.0 0

Ermənistan öldürərək girov götürdükləri Həsən Həsənov haqqında əfsanələr yaratmaqda davam edirlər. 

Məlumata görə, Ermənistan mətbuatı doğma torpaqlarını ziyarət etməyə getmiş Həsənin Azərbaycanın xüsusi təyinatlı dəstəsinin üzvü olduğunu sübut etmək üçün yeni faktlar uydururlar.

Guya Həsən Həsənov könüllü olaraq Azərbaycan tərəfinə təslim olmuş, sonradan üçüncü ölkəyə təhvil verilmiş Akop İndjiqulyanın dindirilməsində iştirak edib. Yazılanlara görə, hazırda Ermənistanda girovluqda olan həmvətənlərimiz Dilqəm Əskərov və Şahbaz Quliyevin Xankəndində qurduqları "məhkəmə iclasında" bu məlum olub. 

İyulun 11-də Azərbaycanın işğal edilmiş Kəlbəcər rayonunda ermənilərin öldürərək girov götürdükləri Həsən Həsənovun nəşi uzun danışıqlardan sonra 2 oktyabrda Azərbaycana verilib. 
Onun nəşi məhkəmə tibbi ekspertizasında araşdırmadan sonra ailəsinə təhvil verilib. Ailə üzvülərinin işitrakı ilə keçirilən müayinədə meyitin Həsən Həsənova aid olduğu sübut olunub. Həsən Həsənov Bakıda Binəqədi qəbristanlığında dəfn olunub. Həsən Həsənov bunadək Dağlıq Qarabağda dəfn edilmişdi. 

Həsən Həsənovla birgə girov düşən Dilqəm Əsgərov və Şahbaz Quliyev hələ də girovluqdadırlar. Ermənistan öz doğma torpaqlarına getmiş azərbaycanlıları diversantlıqda ittiham edir.

Xatırladaq ki, iyulun əvvəlində işğal altındakı Kəlbəcər rayonuna – dədə-baba torpaqlarını ziyarətə gedən üç azərbaycanlı mülki şəxs Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov erməni hərbçilərinin pusqusuna düşüblər. 11 iyul 2014-cü ildə baş verən hadisədə Dilqəm Əsgərov, Şahbaz Quliyev canlı olaraq girov götürülüb, Həsən Həsənov isə öldürülüb.

Həsən Fərman oğlu Həsənov 12 aprel 1978-ci ildə Cəbrayıl rayonunun Mehdili kəndində doğulub. Həsəni tanıyan dost-tanışları onun olduqca vətənpərvər, cəsur insan olduğunu deyirlər. Vətən üçün alışıb-yanan Həsən şübhəsiz Dilqəm və Şahbazla yola çıxanda bu ziyarətin bir ucunün ölümlə bitəcəyini təxmin edirdi. Həsən bundan əvvəl də dəfələrlə işğal altındakı torpaqlarımıza can atıb. O, Kəlbəcərdən əvvəl doğma torpağına – Cəbrayıl rayonuna – böyüyüb, boya-başa çatdığı Mehdili kəndinin bir addımlığınadək getmişdi. O, bu təhlükəli səfərini 2013-cu ilin 18 oktyabr tarixində, Mehdili kəndinin işğalının 20-ci ildönümündə ( kənd 1993-cü ilin oktyabrında işğal olunmuşdu) etmişdi. 

Həsən Həsənovun işğal olunmuş doğma Mehdili kəndinə bitişik olan Cocuq Mərcanlıya (Cəbrayıla) səfəri və oradan çəkib gətirdiyi videolenti təqdim edirik. Bu kənd Cəbrayılın təmas xəttində yerləşən və Azərbaycan Silahlı Qüvvələrinin əlində olan yeganə yaşayış məntəqəsidir. //
ANS PRESS


 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar