Dağlıq Qarabağdakı müharibə başqalarının torpağını tutmaq üçün yox, xristian erməniləri xilas etmək üçün başlayıb.
Özünü beynəlxalq humanitar təşkilatı adlandıran hansısa "Xristian irsi liqası" qurumu uzun müddət sürən münaqişəyə yeni don geyindirməyə çalışır.
Erməni nəşrlər yazırlar ki, bu, özünü beynəlxalq liqa adlandıran təşkilat bildirir ki, Dağlıq Qarabağda ermənilər tam məhvə məruz qalmışdılar.Yalnız rəsmi İrəvanın müdaxiləsi onları xilas elədi. Ermənistan ordusu tanklarla, toplarla və avtomatlarla erməniləri xilas etdi, təbii ki, müsəlman azərbaycanlıları məhv etməklə. Göründüyü kimi, özünü xristian təşkilatı adlandıran qurum əsas xristian çağırışı olan "öldürmə" barədə bir kəlmə də danışmır.
Yada salaq ki, SSRİ-nin məşhur Yenidənqurma illərində ermənilər səs-küy qaldırdılar ki, Qarabağ bölgəsinin sakinləri güc-bəla ilə yaşayırlar və pis azərbaycanlılar onların hesabına kef eləyirlər.
Mixail Qorbaçev də dərhal bu dağlıq diyara SSRİ Dövlət Plan Komitəsinin sədrinin milliyyətcə erməni olan birinci müavininin rəhbərliyi altında xüsusi komissiya göndərdi.
Bir aydan sonra məlum oldu ki, Dağlıq Qarabağda sakinlərin yaşayış minimumu orta respublika göstəricisindən dəfələrlə yüksəkdir. İqtisadi göstəricilərə gəldikdə isə Dağlıq Qarabağ Azərbaycan üzrə lider mövqedə idi.
Rəsmi İrəvan dərhal yeni mahınalar oxumağa başladı. Sən demə, Qarabağ hələ kələz və dinozavrların vaxtından Ermənistana məxsus olub. Jurnalistlərin "Niyə İrəvanın bu dağlıq diyarla heç bir ümumi sərhədi yoxdur?" sualına isə cavab gəldi ki, "Tarix günahkardır". Tarixin günahı nə idi, açıqlanmıdı. İndi yəqin ki, yarıdan çoxu ermənilərdən ibarət olan, sosial şəbəkələrdə yalnız erməni problemini qabardan bu beynəlxalq liqadan mənəvi, bəlkə də maddi dəstək alan İrəvan artıq başqa mahnılar oxumağa başlayır. Sən demə, onların əsas istəyi erməni xristinaları xilas etmək olub.
Mən yüzlərlə dəfə Qarabağda olmuşam və əminəm ki, bu diyarda hələ də qalmış minlərlə, bəlkə də on minlərlə adam Azərbaycanda nejə rahat yaşadıqlarına xatırlayırlar. İş və pul, ən əsası isə sabahkı günə inam var idi. Bu bədbəxtlər İərvanın avantürasının qurbanı oldular. "Bu gün Qarabağın iqtisadiyyatı məhv olub, burada ən çox satılan məhsul qızartılmış günəbaxan tumudur",- deyə erməni qəzetləri yazır. Təbii ki, İrəvan bu diyarın sakinlərinin bütün əziyyətlərini Azərbaycanın üzərinə atır. Yəni müharibə gedir, geri çəkilsək, gəlib hamımızı qıracaqlar, dözün, nə vaxtsa hər şey yaxşı olacaq. Amma bunun nə vaxt baş verəcəyi bəlli deyil.
Çox istərdik ki, bu beynəlxalq liqanın üzvləri özləri Qarabağa getsinlər, xalqın indi Qarabağda nə vəziyyətdə yaşadığını gözləri ilə görsünlər, onlarla danışıb anlasınlar ki, İrəvanın “xilas etməsi” onlara lazım deyildi. Axı Ermənistan paytaxtında yaşayan siyasətçilərin tamamilə başqa ambisiyaları var, onlar heç zaman çin olmamış bir arzunu - dənizdən dənizə böyük Ermənistan yaratmaq arzusunu gerçəkləşdirməyə çalışırlar. //AnsPress