ERMƏNİLƏR YALANDAN 3 AZƏRBAYCAN ƏSGƏRİ VURDUQLARINI YAZIR
06.01.2015 795 0
rməni KİV-in cəbhədə atəşkəs rejiminin pozulması zamanı Azərbaycan Silahlı Qüvvələrinin guya 3 hərbi qulluqçu itirməsi barədə bu gün yaydıqları məlumat yalandır.
Bu barədə Azərbaycan Müdafiə Nazirliynin mətbuat xidmətindən bildirilib.
Nazirlik bəyan edib ki, atəşkəs pozulması zamanı ermənilərin Azərbaycan Ordusunun 3 hərbi qulluqçusu, o cümlədən «unter-zabit» Eldar Məmmədov adlı şəxsi məhv etmələri barədə yaydıqları məlumat dezinformasiya xarakteri daşıyır.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrində unter-zabit rütbəsi mövcud deyil.//APA
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər