ERMƏNİLƏR QORXUYA DÜŞÜR.
16.08.2014 1714 0.0 0

Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin Naxçıvanda avqustun 18-ə nəzərdə tutulmuş görüşü erməni politoloqları ciddi narahat edib. 

Məlumatıa görə, erməni türkoloq Ruben Melkonyan görüş yeri kimi Naxçıvanın təsadüfən seçilmədiyini bildirib. 

“Yeni prezident seçilmiş Rəcəb Tayyib Ərdoğan göstərir ki, Ermənistana qarşı düşmən münasibətlər qalır, bunun əvəzinə Azərbaycan və Gürcüstanla sıx əməkdaşlıq davam edəcək. Naxçıvan ermənilər əleyhinə proseslərin vacib platforması ola bilər. Dəfələrlə burada müxtəlif görüşlər keçiriblər”,- deyə Ruben Melkonyan vurğulayıb. 

Sabah Naxçıvanda Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri Zakir Həsənov, İsmət Yılmaz və İrakli Alasaniya görüşəcəklər. Görüş avuqustun 19-da başa çatacaq. -//ANS PRESS


Teqlər:ERMƏNİLƏR QORXUYA DÜŞÜR.

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar