Bədnam qonşularımız şah yeməyimizi "özəlləşdirmək" istəyirlər
Piti - Azərbaycanın ən məşhur milli yeməklərindən biridir. Bu yeməyin vətəni isə Şəki hesab edilir. Xüsusi gil qablarda ət, noxud, quyruqdan hazırlanan piti xüsusi qaydada yeyilir.
Xəbərə görə, oğurluqda ad çıxaran bədnam qonşularımız ermənilər bu dəfə pitiyə göz dikiblər. Belə ki, ermənilər pitini erməni mətbəxinin nümunəsi kimi təqdim etməyə başlayıblar. Ermənilər pitini erməni mətbəxinin vizit kartı adlandırmaqdan belə çəkinməyiblər. Yeməyin resepti isə belə təqdim edilir:
"Görünüşə görə adi şorbaya bənzəyir - ət, noxud, kartof. Onun nə üçün erməni mətbəxinin vizit kartı hesab edildiyi aydın deyil. Amma iş nüanslardadır. Sadə ət yox, qoyun əti, yaşıl noxud yox sarı noxud, hər hansı qazan, tava yox, birdəfəlik gil qablarda. O zaman siz başa düşəcəksiniz ki, şorbalar iki yerə bölünür - adi şorbalar və piti.
Dopu adlanan qablarda bişirilən Şəki pitisi özünəməxsus bişirilmə üsulu və yeyilməsi isə fərqlənir. Bu yemək növünə dünyanın heç bir ölkəsinin mətbəxində rast gəlmək mümkün deyil.
Qeyd edək ki, bu ermənilərin ilk mənimsəmə faktı deyil. Digər xalqların mədəniyyəti üzərində özlərinə saxta mədəniyyət qurmağa çalışan qonşularımız bunadək dolma, xaş və lavaş kimi milli mətbəximizin nümunələrini öz adlarına çıxmağa cəhd edirlər. //AnsPress