Təşkilatın saytında lavaşın erməni milli mətbəxinə aid olduğu yazılıb
UNESCO-nun rəsmi saytında lavaşın Ermənistanın milli mətbəxinə aid olduğu yazılıb.
Məlumata görə, UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısında qeyd edilir ki, lavaş incə kökə formasındadır və ənənəvi erməni çörəyidir.
Beynəlxalq təşkilatın yaydığı məlumatda bildirilir ki, lavaş erməni mətbəxinin ayrılmaz hissəsidir:
"Lavaş bişirmək üçün qadınlar bir yerə yığışırlar. Kişilər də həmçinin onun hazırlanması prosesində iştirak edirlər. Kişilər lavaşın bişirilməsi üçün sobanı qururlar. Lavaşı adətən pendir və ətin üzərinə bükürlər. Ənənəyə görə, toyda lavaş təzə evlilərin çiyninə qoyulur ki, onlar gələcək həyatlarında firavan yaşasınlar", - deyə rəsmi saytda qeyd edilib.
Qeyd edək ki, ötən gün yayılan məlumatda UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin 9-cu iclasında Ermənistan tərəfindən UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına lavaş "erməni çörəyi lavaşın hazırlanması ənənələri" kimi təqdim edilsə də, Azərbaycan tərəfi buna etiraz etdiyi və təxribatın qarşısının alındığı bildirilirdi.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zöhrə Əliyeva dolaşıq məsələyə aydınlıq gətirməyə çalışaraq açıqlamasında qeyd edib ki, yazılan məlumat səhvdir və hazırda Azərbaycanın Parisdə olan nümayəndəliyindən məsələ ilə bağlı cavab gözlənilir.
Qeyd edək ki. lavaş sözü türk sözü olub lay-aş, yəni nazik yemək sözündən götürülüb. ermənilər isə sözün girişində lav-ermənicə yaxşı sözünü əsas götürərək bunun ermənilərə məxsus olduğunu iddia edirlər. Amma əksər ekspertlər lavaşın tükcə adı daha doğrudur. //ANS PRESS