Erməni generalından aprel döyüşləri ilə bağlı - ETİRAF
21.12.2017 1279 0.0 0

Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisi Movses Akobyan 2016-cı ildə baş tutan Aprel döyüşlərində işğal etdikləri ərazilərin bir qismini itirdiklərini etiraf edib.

Məlumata görə, erməni hərbçi bunu "Joxovurd" qəzetinə müsahibəsində deyib.

Movses Akobyan hazırda həmin torpaqların yenidən işğal edilməsinin məqsədəuyğun olmadığını bildirib:

"Bu gün əsgərlərin həyatı və vəziyyətin gərginləşməsi bahasına "kiçik" tapşırıqları yerinə yetirmək məqsədəuyğun deyil", - deyə o əlavə edib.

M.Akobyanın sözlərinə görə, elə düşünmək lazım deyil ki, Azərbaycanın Qarabağı geri qaytarmaq istəyi yoxdur, onlar Qarabağı da, Zəngəzuru da, zaman-zaman İrəvanı da geri qaytarmaq niyyətindədirlər.

2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq 4 gün davam edən döyüşlər nəticəsində, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yollar düşməndən azad edilib./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar