Erməni deputat: «Biz Türkiyə büdcəsindən dolanırıq»
30.04.2016 848 0.0 0

"Türkiyədə istehsal olunan mallardan imtina haqda qərar qəbul etsək, bundan ən çox əziyyəti biz çəkəcəyik. Türkiyə istehsalçıları üçün biz az əhəmiyyət kəsb edirik. Biz Türkiyə büdcəsindən dolanırıq, o ölkənin mallarından imtina ən axmaq qərar olar".

Ermənistan KİV-inə istinadən xəbər verilir ki, bunu parlamentin "Erməni Milli Konqresi" fraksiyasının üzvü Qrant Baqratyan ölkənin iqtisadiyyat naziri, "Daşnaksütyun" Partiyasının üzvü Artsvik Minasyanın Türkiyədə istehsal olunan malların idxalının məhdudlaşdırılması və ya qadağa qoyulması haqda çıxışına münasibət bildirərkən deyib.

"Hakimiyyət hay-küyçü vətənsevərliklə məşğul olursa, deməli, onun xalqa verməyə heç nəyi yoxdur. Bəzi məhsulları əvəzləmək mümkündür. Bu başqa məsələdir. Ümumiyyətlə, Rusiya Türkiyə mallarına sanksiya tətbiq edəndən sonra öz vəziyyətini ağırlaşdırsa da, ən çox əziyyəti Ermənistan çəkir", - deyə deputat Q.Baqratyan vurğulayıb.

Qeyd edək ki, 2010-cu ilin rəsmi məlumatına əsasən, Türkiyə ilə Ermənistan arasında ticarət dövriyyəsi 300 min dollar olub. 2015-ci ilin stistikasına görə, İranla Ermənistan arasında ticarət isə 340 milyon dollar təşkil edib. /report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar