"Qarşı tərəfə təhvil verilən bütün erməni cəsədləri beynəlxalq müşahidəçilərin iştirakı ilə həyata keçirilib, baş kəsilmə və meyitlərin üzərində hər hansı digər işgəncə halları qeydə alınmayıb”.
Məlumata görə, Müdafiə Nazirliyi Azərbaycan Ordusunun hərbçisinin guya erməni hərbçinin başını kəsməsi barədə Ermənistan mətbuatında yayılan məlumatlara münasibət bildirib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan mətbuatında yer alan foto görüntülər tamamilə saxtadır. "Bu, Silahlı Qüvvələrimizə qarşı növbəti təxribatdır. Şəkildə əks olunan hərbi qulluqçu həqiqətən döyüş əməliyyatlarında iştirak edib. Ancaq top heyətinin komandiri olduğundan bilavasitə ön xətdəki hərbi əməliyyatlara qatılmayıb.
Xocalıda 63 azyaşlı uşağı, xeyli sayda qadın və ahıl insanı amansızlıqla qətlə yetirən və bununla fəxr edən erməni qatillərinin özlərini bizimlə müqayisə etmələri gülüncdür. İnsanlığa qarşı vandalizm əməllərini törədənləri qəhrəman etmək yalnız ermənilərə xas olan xüsusiyyətdir”.
Ermənistan mətbuatı Azərbaycan Ordusunun hərbçisinin guya erməni hərbçinin başını kəsməsi barədə məlumat yayıb. Fotoları da paylaşılan həmin hərbçinin ölkə başçısı tərəfindən mükafatlandırıldığı qeyd olunub.
"Ermənilərin Azərbaycan hərbçilərinin meyitlərinə qarşı qəddarcasına rəftarı ilə bağlı faktlar aşkarlanıb". Bu barədə Azərbaycanın ATƏT yanındakı nümayəndəliyinin Vyanada keçirilmiş ATƏT-in Daimi Şurasının 1096-cı iclasında oxunmuş bəyanatında bildirilib. Bəyanatda qeyd edilib ki, 9 aprel 2016-cı il tarixində Beynəlxalq Qızıl Xaç Komitəsi həlak olmuş Azərbaycan hərbçilərinin meyitlərinin Ermənistan tərəfindən alınmasına yardım edib. Azərbaycan Respublikası Hərbi Prokurorluğu və məhkəmə-tibbi ekspertizası cəsədlər üzərində küt alətlərlə zərbə sonrası travmalar, kəllə sümüyünün xəsarət alması, sümük qırılmaları və başqa bu kimi çoxsaylı qəddarcasına rəftar faktları aşkarlayıb./anspress/