Erməni cəmiyyətində tanınmış isim Azərbaycandan üzr istədi
26.02.2015 725 0.0 0

Erməni jurnalist, publisist və yazıçı Vahe Avetyan azərbaycanlılardan üzr istəyib. Məlumata görə, bu barədə publisist Facebook səhifəsində yazıb

O bildirib ki, ermənilərin Xocalı soyqırımını törətdiklərinə görə azərbaycanlılardan üzr istəyirəm.

Avetyan Xocalıda ermənilər tərəfindən törədilən dəhşətli cinayət əməllərinə görə, azərbaycanlılardan aşağıdakı sözləri yazaraq üzr istəyib.

“Əziz qonşularımız, azərbaycanlılar. Xocalıda yüzlərlə insanın soyqırıma məruz qalmasında ermənilərin də iştirak etdiyinə görə sizdən üzr istəyirəm. İnanın ki, nə məni, nə də yaxınlarımı qatil və sadist kimi yetişdiriblər.

Ermənistanda nə vaxtsa xalq respublikası qurulsa, o vaxt mənim ölkəm bu cinayətin araşdırılması üçün mümkün olan hər şeyi edəcək və bu işdə əli olanların hamısı mühakimə olunacaq.

Törətdiyi soyqırımı boynuna almayan və haqq qarşısına çıxmağa mənliyi və cürəti çatmayan bir xalqın yüz illər əvvəl ata-babalarının başına gətirilmiş soyqırıma görə dünyadan ədalət tələb etməyə mənəvi haqqı yoxdur”./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar