Enerji bazarında inqilab: yanar buz çıxarıldı - VİDEO
18.05.2017 984 0.0 0

Çinli neftçilər dünyada ilk dəfə olaraq "yanar buz" adlanan təbii qaz hidratını əldə ediblər. "Yanar buz" Cənubi Çin dənizində çıxarılıb.

Çinin Mərkəzi Dövlət Televiziyasının (CCTV) saytına istinadən bildirilir ki, bu barədə Çin Xalq Respublikasının Torpaq və Təbii Ehtiyatlar Nazirliyi rəsmi açıqlama yayıb.

"Bu, bir qədər əvvəl ABŞ-da yaşanmış "şist inqilabı" kimi çox ciddi, böyük hadisədir. Sonucda enerjidən istifadə metodları köklü şəkildə dəyişəcək", - nazirliyin Geoloji Tədqiqatlar İdarəsinin rəis müavini Li Szinfa deyib.

Onun sözlərinə görə, təbii qaz hidratının hasil edilməsinin nəzəri bazası və texnologiyaları baxımdan bütün dünya ölkələrini qabaqlayan Çin indi lider mövqe tutub.

Cənubi Çin dənizində "yanar buz" 1," kiloqmetr dərinlikdən çıxarılıb. 200 metrlik sualtı qazma quyusu isə Honkonqdan 285 km cənub-şərqdə olub.

8 günlük fəaliyyət nəticəsində 120 kubmetr "yanar buz" çıxarılıb. Bu "yanar buz"da metanın miqdarı 99,5 faizdir.

1 kubmetr təbii qaz hidratı 160 kubmetr təbii qaza bərabərdir.

"Yanar buz" hasilatı ilə bağlı işləri Yaponiya da aparır. Yaponiyanın JOGMEC (Japan Oil, Gas and Metals National Corporation)  korporasiyası 2013-cü ilin martında Asumi yarımadasının yaxınlığında "yanar buz"dan metan əldə etmişdi./Milli.az/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar