Emin: «Bizim ailə həyatımız alınmadıv
17.08.2015 1158 0.0 0

"Bizim boşanmağımızın uşaqlara heç bir təsiri olmayıb" 

Məlumata görə, bu sözləri "Hello" jurnalına müsahibəsində məhşur müğənni Emin Ağalarov Leyla Əliyeva ilə ayrılmasını şərh edərkən deyib. 

"Məsləhətləşdik, razılaşdıq və bunu etdik. Bir-birimizə şəxsi xoşbəxtliyimiz üçün şans verməli idik. Bu isə bizim hər ikimiz üçün də azad olduğumuz vaxt mümkün ola bilərdi". 

Emin əgər iki insanın şəxsi münasibətləri alımayıbsa, yalandan xoşbəxt ailə həyatını yaşadığlarını göstərməkdənsə, boşanaraq dost münasibətlərdə qalmağın daha yaxşı olduğunu vurğulayıb.

"Biz Leyla ilə qarşılığlı razılığa gələrək boşandıq, bizdə, sözün əsil mənasında ailə həyatı alınmadı. Bizdən heç birimiz digərimizə xəyanət etməmişik, biz ümumiyyətlə bir-birimizə pis heç nə etməmişik". Eminin sözlərinə görə indi onların Leyla ilə münasibətləri ailəli olduğu vaxtlarından daha yaxşıdır: "Ən əsası isə bizim uşaqlarımız üçün mahiyyət etibarı ilə heç nə dəyişməyib. Əgər imkan varsa, o zaman biz birgə gəzirik, harasa gedirik. Bizim məqsədimiz uşaqlarımızı birgə tərbiyyə etmək və onlar üçün hər şeyi etməkdir". 

 


Emin Ağalarov əkizləri Əli və Mikayıl ilə

 

Leyla Əliyeva və Emin Ağalarov 30 aprel 2006-cı ildə ailə qurublar. Onların nikahı böyük sevgi və hörmət üzərində qurulmuşdu. 1 dekabr 2008-ci ildə cütlüyün Əli və Mikayıl adlı əkiz övladları dünyaya gəlib. Cütlük bu ilin 31 may tarixində boşandıqlarını elan ediblər. Eminlə ailə həyatına son qoyan Leyla Əliyeva bu ilin iyulunda bir qız uşağını övladlığa götürüb /anspress/

 


Emin Ağalarov və Leyla Əliyeva. 2006-ci il


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar