Emanuel Makron: `Fransa Avropa İttifaqından çıxa bilər`
01.05.2017 590 0.0 0

Fransada prezidentliyə namizəd Emanuel Makron ölkəsinin Avropa İttifaqından çıxmasının mümkün olduğunu açıqlayıb.

Məlumata görə, bu barədə o, BBC-yə müsahibəsində deyib.

“İrəli” hərəkatının lideri bildirib ki, əgər təşkilat islahatlara getməsə, bu, baş verə bilər: “Düşünürəm ki, mən Avropa İttifaqında və bizim Avropa layihəmizdə dərin islahatlarla məşğul olmalı olacağam. Əks halda Fransa “Frexid”lə üzləşə bilər”.

 

Xatırladaq ki, Fransada yeni prezidentin kimliyi mayın 7-də məlum olacaq./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar