İlhamə Quliyeva və Elza Seyidcahan arasında canlı efirdə mübahisə düşüb.
Məlumata görə ANS TV yayımlanan gündəlik "Günəbaxan" tok-şousuna eksklüziv müsahibə verən xalq artisti İlhamə Quliyeva deputat olmaq arzusunda olan əməkdar artist Elza Seyidcahana öz arqumentlərinin belə münasibət bildirib:
“Səndən millət vəkili çıxar? Elza Seyidcahan çox gözəl musiqiçidir. Ancaq çox pis müğənnidir. O müğənni deyil, oxumağı bərbaddır, şairliyi isə fəlakətdir. Mən Yazıçılar İttifaqına müraciət etmişəm ki, onun haqqında bir ölçü götürsünlər. Mahnılarını yazsın və versin gənclər oxusun. O, millət vəkili ola bilməz”.
İlhamə Quliyeva Elzanın deputat olma istəyinə isə belə münasibət bilidirb:
“Məndən soruşdular ki, Elza millət vəkili ola bilər? Dedim ki, yox. Çünki, orada dəyərli insanlar əyləşməlidirlər. O, icra başçılarına hücum edib onlardan pul istəyir. Artıq icra başçıları onu görəndə qaçıb gizlənirlər. Bunu mənə nümayəndələrin özləri deyir. Belə millət vəkili olar?”
Əməkdar artistin xeyriyyə konsertində afişalara icazəsiz İlhamə Quliyevanın adını yazması isə xalq artistinin narazılığına səbəb oldu:
“Mən sənin üçün uşağam? Sənə kim icazə verib ki, məndən icazəsiz reklamalara yazırsan ki, konsertdə İlhamə Quliyeva da iştirak edəcək. Ayağlarımı amma yaxşı yuyursan. Elza dəfələrlə mənə zəng vurub ki, icazə verin gəlim bacımla sizin qulluğunuzda durum. Amma mən o şəraiti yaratmamışam. Onu heç vaxt yanımda görmək istəmirəm. Onun övladının birinci toyuna getdim. Amma sonra toya çağırdı, yalvardı getmədim. O, çox təhlükəli insandır”.
İlhamə Quliyeva Elzanın hərəkətlərini və geyimini isə abırsız adlandırdı. Xanım Quliyeva, əgər "Elza ağzını yummasa" onun sübutla daha çox hərəktərini açacağını bildirdi.
Bütün bu ittihamlara "Günəbaxan" verilişində bu gün qonaq olan Elza Seyidcahan cavab verməyəcəyini bildirib./anspress/