Elza canlı yayımda arıq qızları təhqir edib, qonağı ağlatdı- VİDEO
10.11.2016 1772 0
ATV-də yayımlanan "10-dan sonra" verilişində maraqlı anlar yaşanıb.
Bildirək ki, verilişdə qonaq olan Elza Seyidcahan moda nümayiş etdirən Aysel adlı qızı təhqir edib.
Belə ki, verilişə qatılan gənc qız heç bir söz demədən əməkdar artist ona "hücum" edib.
Elza Seyidcahan Aysel haqda deyib: "Siz deyirsiz ki, bu qız arıqdı, nərmə, nazikdi. 21 yaşlı qız necə olmalıdır ki? Bunlar o qədər içlərini yeyirlər ki, çöpə dönürlər. Kök qızlar ürəyi təmizlikdən yeyir, verirlər ətə. Bir də var Aysel kimi qızlar, o qədər içlərini yeyirlər ki, günü gündən quruyurlar. Belələrinə deyirlər "taqqanaq".
Daha sonra digər qonaq Ayselə dəstək olmaq istəyərkən Elza deyib: "Mənim də nənəm deyirdi ki, istəyirəm Brejnev gəlib məni alsın. Deməklə olmur"
Bu sözlərdən sonra qız kövrəlib və ağlamağa başlayıb.
Hansı ilsən sualına "xoruz" ili cavabını verən Ayselə əməkdar artisti: "Bir az xoruzlanırsan amma yaxşı qız" cavabını verib.
Qeyd edək ki, verilişdə gənc xanım bir kəlmə də demədən Elza Seyidcahan onu təhqir etməyə, ümumilikdə isə arıq qızları təhqir etməyə başlayıb. Analoji hadisə bundan öncə də adıçəkilən verilişdə olmuşdu. /azxeber.com/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər