Əməkdar artist Elnarə Abdullayeva polisə çağırılması barədə Ölkə.az saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, xanəndə ötən gün Abşeron Rayon Polis İdarəsinə çağırılaraq, ondan izahat alınıb və sərbəst buraxılıb. Əməkdar artist polisə tanınmış vokal ifaçısı Ülvi Qılıcın şikayət ərizəsi əsasında çağırılıb.
Qazeta.info bildirir ki, Musavat.com məsələyə aydınlıq gətirmək üçün Elnarə Abdullayeva ilə əlaqə saxlayıb. Xanəndənin telefonuna cavab verən şəxs sənətçinin vəkili Gülnar Nəzərlinin məsələyə münasibət bildirəcəyini qeyd edib.
E. Abdullayevanın vəkili isə bildirib ki, xanəndə polisə çağrılmayıb:
“Bu yanlış məlumatdır. Xanəndəyə heç bir rəsmi çağırış, dəvət gəlməyib. Belə hal baş versəydi də, sizə söyləməzdi. Hüquq və qanun çərçivəsində qarşılıqlı addım atılardı”.