Elmar Məmmədyarov rəsmi səfərə gedib
10.04.2017 872 0.0 0

Xarici işlər naziri Elmar Məmmədyarov Polşa Respublikasına rəsmi səfərə yola düşüb.
 
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, səfər çərçivəsində Elmar Məmmədyarov Polşa xarici işlər naziri Vitold Vaşçıkovski və digər rəsmi şəxslərlə görüşəcək.
 
Polşaya səfər əsnasında Elmar Məmmədyarov 12 aprel tarixində Varşavada keçiriləcək Vışeqrad qrupu və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin iclasında iştirak edəcək.  Vışeqrad qrupu və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin iclası çərçivəsində nazirin ikitərəfli görüşləri və çıxışı nəzərdə tutulub./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar