Elmar Məmmədyarov İbrahim Rəhimpuru qəbul edib
03.03.2015 757 0
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan İran İslam Respublikasının xarici işlər nazirinin müavini İbrahim Rəhimpurun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə ölkələrimizin rəhbərləri tərəfindən müəyyən olunan strateji xəttə uyğun olaraq, ikitərəfli əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub.
Bundan başqa, Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin regional sülh və təhlükəsizlik üçün əsas təhdid doğurduğu qeyd olunaraq, münaqişənin həlli üçün ilk növbədə Ermənistanın silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğu diqqətə çatdırılıb.
Əlavə olaraq , görüş zamanı üçtərəfli formatda Azərbaycan-İran-Türkiyə əməkdaşlığı məsələsinə də toxunulub və üçtərəfli formatda Azərbaycan-İran-Türkiyə əməkdaşlığı regional inkişafa xidmət etdiyi qeyd olunub.
4-5 mart tarixlərində Xəzər dənizinin hüquqi statusuna dair konvensiyanın hazırlanması üzrə Xəzəryanı dövlətlərin Bakıda keçiriləcək iclasının əhəmiyyəti vurğulanıb.
Xatırladaq ki, 2015-ci ilin 4-5 mart tarixlərində Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsinə dair Konvensiyanın hazırlanması üçün Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupun 39-cu iclası keçiriləcəkdir.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər