Elmar Məmmədyarov Gürcüstan prezidenti ilə görüşüb
20.02.2015 806 0
Xarici işlər Naziri Elmar Məmmədyarov Gürcüstana rəsmi səfəri çərçivəsində Gürcüstanın Prezidenti Giorgi Marqvelaşvili ilə görüşüb.
Xarici işlər Naziri Elmar Məmmədyarov 19-20 fevral 2015-ci il tarixində Gürcüstana rəsmi səfəri çərçivəsində Gürcüstanın Prezidenti cənab Giorgi Marqvelaşvili ilə görüşüb.
Prezident Giorgi Marqvelaşvili Azərbaycan və Gürcüstan arasındakı strateji tərəfdaşlıq əlaqələrinin region üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edib. İkitərəfli formatda olduğu kimi ölkələrimizin Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən üçtərəfli çərçivədə də uğurla əməkdaşlıq etdiyini vurğulanıb.
Elmar Məmmədyarov həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələrinin ölkələrimizin müstəqilliyinin möhkəmlənməsinə, inkişafına və regional çiçəklənməyə xidmət etdiyini bildirib.
Bakı-Tbilisi-Qars dəmir-yol layihəsinin ölkələrimizin regional mövqeyinin güclənməsinə töhfə verdiyini deyən Elmar Məmmədyarov bu layihəyə Orta Asiya dövlətlərinin də ciddi maraq göstərdiyini diqqətə çatdırıb.
O, üçtərəfli əsasda Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığının əhəmiyyətini qeyd olunub.
Daha sonra, görüşdə Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı dəstək ifadə olunub.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər