Elm adamları Yer kürəsinin öz oxu ətrafında fırlanma sürətindəki azalmaya görə güclü zəlzələlərin baş verə biləcəyini ehtimal edirlər.
Qazeta.info Publika.az -a istinadla xəbər verir ki, mütəxəssislər sürət dəyişikliyinin, xüsusilə, sıx əhaliyə malik tropik bölgələrdə seysmik fəaliyyətlərə təkan ola biləcəyini deyib.
Yer kürəsinin fırlanma sürəti və seysmik fəaliyyət arasındakı əlaqə Amerikanın Kolorado Universitetindən Rocer Bilham və Montana Universitetindən Rebeka Bendikin araşdırmaları nəticəsində ortaya qoyulub. Onlar 1900-cü ildən sonra baş verən bütün 7 bal gücündəki zəlzələləri araşdırıblar. Alimlər dünyanın fırlanma sürəti və zəlzələ aktivliyi arasında güclü bir əlaqə olduğunu və gələn il bu əlaqə nəticəsində şiddətli zəlzələlər baş verəcəyini bildirib.
Mütəxəssislər həmçinin, Yer kürəsinin son 150 ildə nəzərəçarpacaq dərəcədə yavaş hərəkət etdiyinə diqqət çəkərək “Yer kürəsi gələcək zəlzələlər mövzusunda bizə xəbərdarlıq edir” deyiblər. Onlar günün qısalması hadisəsi ilə seysmik fəaliyyət arasındakı əlaqəyə dair dəqiq bilgiyə sahib olmasalar da, Yer kürəsinin nüvəsində yaşanan ciddi dəyişikliklərdən şübhlənirlər.