Elektrik enerjisinə görə ödənişlərlə bağlı YENİLİK
21.09.2017 834 0
Azərbaycan əhalisi elektrik enerjisi üçün ön ödəmə SMART-kartlarının balansını "MilliÖn" terminalları vasitəsilə yükləmək imkanı əldə edib.
Qazeta.info bildirir ki, bu barədə Trend-ə "Komtec" şirkətindən ("MilliÖN" ödəmə terminallarının quraşdırılması və
servis dəstəyi üzrə texniki mərkəz) məlumat verilib.
Məlumatda qeyd olunur ki, SMART-kartları hələlik Gəncə, İsmayıllı, Sumqayıt və Abşeron yarımadasındakı terminallarda yükləmək mümkün olacaq.
Şirkətdən o da məlumat verilib ki, yaxın zamanlarda Gəncədə SMART-kart yükləmə funksiyalı "MilliÖn" terminallarının sayı artırılacaq: "Bundan başqa, gələn həftə yeni funksiya Mingəçevir, Bərdə və Şəmkirdəki terminallarda işə salınacaq".
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər