«Eldar Mahmudovun qohumu deyiləm» (VİDEO)
19.11.2015 643 0.0 0

125 seçki dairəsinin 124-nün deputatı artıq bəllidir. Yalnız Ağdaş seçki dairəsi deputatsız qalıb. Mərkəzi Seçki Komissiyasının bu seçki dairəsi üzrə səsvermənin nəticələrini ləğv etməsiylə iki dəfə deputat seçilmiş Çingz Əsədullayev üçüncü dəfə bu statusu qazana bilmədi.

Deputat mantdatını itirən Çingiz Əsədullayev MSK-nın qərarı ilə razılaşıb. Çingiz Əsədullayevə keçmiş nazir Eldar Mahmudovla yaxın əlaqlərinin olmasına görə bir çox mətbuat orqanları bu qərarda siyasi motivlər axtarır.

ANS TV-nin məlumatına görə, Milli Məclisə seçilmiş deputatların təsdiqlənməsinə cəmi bir neçə gün qalmış Mərkəzi Seçki Komissiyasının 90 saylı Ağdaş seçki dairəsi üzrə səsvermənin nəticələrini ləğv etməsi müzakirələrə yol açıb.

Məsələ burasındadır ki, həmin dairədən deputat seçilən Çingiz Əsədullayev keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumu kimi təqdim edilir və onun deputat nəticələrinin ləğv olunmasında da bu faktorun mühüm rol oynadığı göstərilir.

Çingiz Əsədullayev isə mətbuata müsahibəsində bildirib ki, o, qətiyyən keçmiş nazirin qohumu deyil. Eldar Mahmudovun həyat yoldaşı Tahirə Mahmudova ilə sinif yoldaşı, bacısı ilə isə yaxın dostdurlar. Vəssalam. 

Çingiz Əsədullayev MSK-nın qərarının nə olmasından asılı olmayaraq indiki hakimiyyətin siyasi xəttinin tərəfdarı olaraq qalacağını bildirib: “Əgər hökümət, MSK bu dairədə seçkinin nəticələrinin ləğv edilməli olduğunu düzgün hesab edirsə, deməli belə olmalıdır. Mən bu qərarı heç bir halda şübhə altına almaram”.

Çingiz Əsədullayev onu Eldar Mahmudovla dostluqda günahlandıranlara da ritorik suallar ünvanlayıb. Milli Təhlükəsizlik naziri ilə dostluq etmək nə vaxtdan bəri kompramat və ya ayıb sayılıb? Onunla ünsiyyətimiz olubsa da, hər hansı təxribatçı və ya bir casusla yox, hökümətinin aparıcı nazirlərindən biri ilə ünsiyyət olub. Bu nazirlikdə belə qanun pozuntularının baş verməsi o zaman kimin ağlına gələ bilərdi? Bütün ölkə onunla ünsiyyətə girir, danışırdı. İndi belə çıxır ki, həmin adamların hamısını prezidentin və hökümətin düşmənləri siyahısına salmaq lazımdır?

Mərkəzi Seçki Komissiyasında isə Çingiz Əsədullayevin deputat nəticələrinin siyasi motivlərlə ləğvini qəbul etmirlər.

“Milli Məclisə həmin dairə üzrə keçirilən seçkinin nəticəsinin etibarsız sayılması tam olaraq seçki qanunvericiliyin tələbinə uyğundur. Və bunun hər hansı bir siyasi fəaliyyətlə və yaxud başqa bir məsələ ilə əlaqəsi yoxdur”, - deyə MSK üzvü Ramiz İbrahimov bildirib. 

Çingiz Əsədullayev “Azərqazbankın” sədridir. Öz təbirincə desək, 23 ildir ölkənin özəl banklarından birinə rəhbərlik edir. İndi əsas məsələ həm də budur. Mandatını itirən Əsədullayev bankını necə, itirməyəcək ki?!/anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar