Eldar Mahmudova cinayət işi açılacaq - Prokurorluğa təqdimat göndərildi
10.07.2017 762 0
Sabiq milli təhlükəsizlik naziriEldar Mahmudov və ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsinin keçmiş rəisi Mövlan Şıxəliyev barəsində cinayət işinin başlanması üçün prokurorluğa təqdimat göndərilib.
Məlumata görə, bu barədə idarənin sabiq şöbə rəisi polkovnik Vüsal Ələkbərovun barəsində verilən hökmdə bildirilib. Hökmdə göstərilib ki, zərərçəkmişlərin şikayəti əsasında Eldar Mahmudov və Mövlan Şıxəliyev barəsində cinayət işinin başlanması üçün prokurorluğa təqdimat göndərilib./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər