Elçibəyin oğlunun toyu təxirə düşdü
05.11.2015 1205 0.0 0

Mərhum eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev bu ilin sentyabr ayında evləncəyi barədə əvvəlcədən qərar versə də, hələ ki toy mərasimi baş tutmayıb. 

Bu haqda açıqlamasında Ərturqut Əliyev deyib ki, yaxın vaxtlarda da toy edəcəyi gözlənilmir.

“Bu ilin sentyabr ayında toy etmək haqqında düşünsəm də, bu, baş tutmadı. İndi də Məhərrəmlik ayıdır. Ona görə də toyumun nə vaxt gerçəkləşəcəyi tarix bəlli deyil”. 

Ərturqut Əliyev Fövqəladə Hallar Nazirliyindəki işindən danışaraq, bundan məmnun qaldığını da vurğulayıb.

“Hal-hazırkı iş şəraitindən razıyam. Əmək haqqı da qaneedici səviyyədədir. Hələ ki, heç bir problem yoxdur”.

Qeyd edək ki, Ərturqut 2015-ci ilin fevralında atasının yaxın dostu  olmuş “Basqal Həsən”in qardaşı Əmirağa bəyin qızı ilə nişanlanıb. O, 1 ildən çoxdur Fövqəladə Hallar Nazirliyində işlə təmin olunub. /modern.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar