ABŞ-da ölkənin sabiq prezidenti Con Konnedinin qardaşı Robert Kennedini qətlə yetirdiyinə görə 50 ildən çoxdur həbsxanada olan 75 yaşlı Sərxan Sərxanı bıçaqlayıblar.
Bu barədə"The Guardian"a istinadən xəbər verilir.
Dövlət Cəzaçəkmə Müəssisələri və Reabilitasiya Departamentinin açıqlamasında hadisənin San Dieqo yaxınlığındakı Riçard C.Donovan adına cəzaçəkmə müəssisəsindən baş verdiyi bildirilib.
Qeyd olunub ki, zabitlərin vaxtında müdaxiləsi nəticəsində yaralı şəxs xarici xəstəxanaya aparılıb, hazırda onun durumu sabitdir.
Cəzaçəkmə müəssisənin səlahiyyətliləri bıçaqla hücum etməkdə şübhəli bilinən şəxsi müəyyənləşdirdiklərini və istintaqın aparılmasına qədər onu həbsxananın digər məhkumlarından ayırdıqlarını bildirib.
Qeyd edək ki, fələstinli xristian olan 75 yaşlı Sərxan Bişar Sərxan 1944-cü ildə Qüdsdə Köhnə şəhərin qarşısındakı Musrara bölgəsində anadan olub. O, 1968-ci il iyunun 6-da Nyu York senatoru Con Kennedinin Kaliforniyada prezident seçkilərində qalib gəldiyini elan etməsindən dərhal sonra qardaşı Robert Kennedini öldürdüyünə görə məhkum edilib./Report/