“Gənclər Turiz mi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Ekoloji turizmin inkişafında gənclərin iştirakı” layihəsinə start verir. Layihə çərçivəsində təşkil olunacaq düşərgədə gənclər açıq havada qurulacaq yaşayış çadırlarında qalaraq, ekoturizm sahəsində mütəxəssislər tərəfindən turizmin müxtəlif sahələri (xüsusi ilə də ekoloji turizm) üzrə nəzəri və praktiki təlimlərdə iştirak edəcəklər. Layihə 24-29 iyul 2016-cı il tarixlərində Azərbaycanın gözəl – dilbər guşələrindən olan, eyni zamanda 2016-ci ili Avropa Gənclər Paytaxtı seçilmiş Gəncə şəhərində, Hacıkənd ərazisində keçiriləcəkdir.
Layihənin məqsədi gənclər arasında ekoloji turizmin təbliği və ekoloji maarifləndirməni genişləndirməkdir. Düşərgnin əsas mahiyyəti ətraf mühit və təbii sərvətlərin milli dəyər kimi gələcək nəsillər üçün qorunub saxlanması ideyalarının gənclər arasında təbliği, ekoloji maarifçiliyin, ekoloji təhsilin və təbiətə humanist münasibətin təşviqidir. Eko düşərgə zamanı iştirakçılara düşərgənin salınması qaydaları haqqında nəzəri və praktik məşğələlər də keçiriləcəkdir.
Düşərgənin keçirilmə tarixi : 24.07.2016 - 29.07.2016
Son müraicət tarixi: 22.07.2016 ( saat 12:00 )
Ərizə forması:
https://docs.google.com/forms/d/e/1FAIpQLSe581RQl93nBmLqDBXOwvVGd0o8TBrAqfaORGDFlfbHkkAT0g/viewform
Yer:
Hacıkənd, Gəncə
Layihə çərçivəsində iştirakçıların nəqliyyat, yaşayış (çadırlar) və qida xərcləri “Gənclər Turizmi” İctimai Birliyi tərəfindən qarşılanır.
Aktivitlər:
Pionerinq, Atıcılıq, Atçılıq, Səmti müəyyən etmə, Oxatma, Göygöl və Maralgölə yürüşlər, Trekkinq,
İdman oyunları, Ekstrimal gecələmə, Maneələr zolağı, “Gəncə Macəraları” – Şəhər turu və digər
macəralı fəaliyyətlər.
Əlavə məlumat üçün:
“Gənclər Turizmi” İctimai Birliyi
E-mail: info@youthtourism.az