Edvard Nalbandyan həmsədrlərlə görüşüb
23.09.2017 577 0
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Nyu-Yorkda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.
Məlumata görə, bu barədə Ermənistan XİN-in mətbuat xidmətinin rəhbəri Tiqran Balayan özünün “Twitter” səhifəsində yazıb. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.
Bu gün həmsədrlərin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü gözlənilir.
Qeyd edək ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov da Nyu-Yorkda həmsədrlərlə görüş keçirib./APA/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər