ECB uçot dərəcəsini sabit saxlayıb
07.09.2017 617 0
Avropa Mərkəzi Bankının (ECB) bu gün keçirilmiş növbəti iclasında uçot dərəcəsinin indiki 0% səviyyəsində saxlanılması barədə qərar qəbul olunub.
"Bloomberg" agentliyinə istinadən xəbər verilir ki, ECB həmçinin depozit faizlərini - 0,4% səviyyəsində, marjinal borcvermə faizini isə 0,25% səviyyəsində təsdiqləyib.
Qurum monetar ekspansiya ilə bağlı qərarını dəyişməyib və aylıq istiqraz alışı həcmini 60 mlrd. avro məbləğində saxlayıb. Bu dəqiqələrdə ECB-nin sədri Mario Draginin iclasla bağlı açıqlaması gözlənilir./Report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər