Məşhur türkiyəli müğənni Ebru Gündeşlə bağlı yenidən hər kəsi təəccübləndirəcək xəbər yayılıb.
Məlumata görə, ifaçının həyat yoldaşı - azərbaycanlı iş adamı Rza Zərrabdan boşanmaq istədiyi bildirilir.
Cütlük bu yaxınlarda qızları Alaranın bir yaşını qeyd ediblər. Ad günü şənliyi mətbuata qapalı, xüsusi qonaqların iştirakı ilə keçirilib. Boşanma haqqında şayiə də məhz bundan sonra yayılıb.
Ebru Gündeşin həyat yoldaşı Rza Zərrabın adı 17 dekabr hadisələrində - hakimiyyətə qarşı qalxan qüvvələr sırasında çəkilmişdi. İş adamı bununla bağlı hətta həbs edilmişdi. Lakin bir müddət sonra Zərrab azadlığa buraxıldı.
Bu hadisələrdən sonra Ebru Gündeş və Rza Zərrab cütlüyünün sevgisi bir çoxlarında rəğbət yaratmışdı. Belə ki, ifaçı həyat yoldaşı həbsdə olan zaman "O səs Türkiyə" verilişinin canlı efirində ağlamış və Zərrabın tezliklə azadlığa çıxacağını gözləyəcəyini demişdi./anspress/