Ebru Gündəş Rza Zərrabdan boşandı
25.09.2016 1187 0.0 0
ABŞ-da həbsdə olan Azərbaycan əsilli  iş adamı Rza Zərrab  vəkilləri vasitəsi ilə verdiyi bəyanatda müğənni  Ebru Gündeş ilə boşanacağını açıqlayıb.
 
Qazeta.info Avropa.info -ya istinadən xəbər verir ki, Zərrab boşanma təklifinin  Ebru Gündəşdən  gəldiyini və çətin də olsa bu təklifi qəbul etdiyini bildirib.
 
Qeyd edək ki, Rza Zərrab 17-25 dekabr çevriliş cəhdləri zamanı həbs edilmiş və 70 gün məhbus həyatından sonra sərbəst buraxılmışdı. Zərrab 19 mart 2016-ci il tarixində ABŞ-da FBİ tərəfindən Mayamidə  həbs olunub.
 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar