DYP reyd keçirib, 20-dən çox sürücü cərimələnib
23.01.2016 702 0.0 0

Gəncə Şəhər Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) əməkdaşları şəhərin küçə və prospektlərində, avtobus dayanacaqlarında avtomobillərini park edən sürücülərə qarşı reyd keçirib. 

Qazeta.info bildirir ki, Gəncə DYPŞ-dən "Report"a bildirilib ki, reyd zamanı qaydaları pozan 20-dən artıq sürücü haqqında inzibatı qaydada cərimə tədbirləri görülüb. Reydin keçirilməsində məqsəd ensiz yollarda tıxacın qarşısını almaqla yanaşı, ictimai nəqliyyat vasitələrinin sərbət şəkildə dayanacağa daxil olmasını təmin etməkdir. 

Qeyd edək ki, İnzibatı Xətalar Məcəlləsinin (İXM) müvafiq maddəsinə əsasən, bu kimi hallarla bağlı yol hərəkəti qaydalarını pozan sürücülərə 40 manat cərimə tətbiq olunur.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar