“Bilik Günü” ilə əlaqədar məktəblərin qarşısında tıxacların yaranmasının qarşısını almaq üçün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi səhər saatlarından gücləndirilmiş iş rejiminə keçib.
ANS TV-nin məlumatına görə, xüsusən şəhərin mərkəzində yolun hərəkət hissəsində saxlayan avtomobillərin qanunsuz parklanmasına qarşı tədbirlər effekt versə də, müəyyən qədər sıxlıq da müşahidə olunub. Bu da tədris ilinin ilk günü üçün təbii hal hesab olunur. Amma təbii olmayan hallar da vardı.
Yolun ortasında yuxulayan sürücülərə də rast gəldik. Avtomobili olsa da, həm özünün həm də başqalarının rahatlığını pozmayan valideynlər də az deyil. Dayanacaq axtaran sürücülərin tıxac yaratmasıda yaşandı.
Hərəkətin intensivliyinə mane olanlar cərimə tətbiq etməklə, avtomobilləri evakuatorla cərimə meydançasına göndərilməklə cəzalandırdılar.
BŞDYPİ-nin şöbə müdiri Vaqif Əsədov bildirib ki, yol polisi olmadan hər kəs yol hərəkəti qanunun tələblərinə uyğun olaraq hərəkət etsələr belə problemlər yaranmaz.
Paytaxtda uzunmüddətli tıxacların və sıxlığın olmamasının bir səbəbi də sentyabrın 15-dən paytaxta rayon dövlət nömrə qeydiyyat nişanlı avtomobillərin girişinə məhdudiyyət qoyulmasıdır. /anspress/