Düşmənin təxribat qrupunun üzvü ələ keçirilib
21.06.2017 842 0
İyunun 20-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində müdafiə xəttini keçməyə cəhd göstərib.
Qazeta.info Müdafiə Nazirliyinə istinadla bildirir ki, bölmələrimiz tərəfindən aşkar edilən düşmənə qarşı görülən qabaqlayıcı tədbirlər nəticəsində kəşfiyyat qrupu itki verərək geri çəkilməyə məcbur edilib. Təxribat qrupunun bir üzvü ələ keçirilib.
Hadisə ilə bağlı əlavə məlumat veriləcək.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər