Azərbaycanın Rusiyaya sifariş verdiyi 9K123 “Xrizantema-S” tank əleyhinə özüyeriyən raket kompleksinin ilk partiyası Bakıya təhvil verilib.
Məlumata görə, bu barədə “Armiya-2015” forumunda iştirak edən “AzeriDefence”nin əməkdaşına Kolomen Maşınqayırma və Konstruktor Bürosundan bildilib.
Hazırda tərəflər arasında sifarişin həcminin artırılması istiqamətində danışıqlar davam edir.
Azərbaycan Ordusunun bu maşınları istifadə edəcək heyətinə istehsalçı müəssisə tərəfindən təlim və treninqlər keçirilib.
Qeyd edək ki, “Xrizantema-S” döyüş komplektində lazer və radiosiqnala idarə olunan 4 fərqli raket tipi, habelə axtarış radarı və optik nişangah yer alır.
BMP-3 döyüş maşınlarının şassisi üzərində yerləşməsi onun manevr imkanlarını daha da artırır./anspress/