Düşmən ordusu itki verib
17.03.2016 496 0.0 0

Bu gün işğal edilmiş Dağlıq Qarabağ ərazisində yerləşən hərbi hissələrdən birində erməni hərbi qulluqçusu öldürülüb. Məlumata görə, bu barədə erməni mətbuatı xəbər yayıb.
İnformasiyaya əsasən, ölümcül güllə yarası alan hərbi qulluqçu 1996 təvəllüdlü Artyom Arsenoviç Varderesyandır. Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti əsgərin Noemberyan dayaq məntəqələrindən birində güllə yaralanması nəticəsində həlak olduğunu bildirib. 

Bundan əvvəl, martın 15-də Tavuş rayonunda hərbi hissələrdən birində güllə yarası alan erməni əsgərin meyiti tapılıb. Meyitə baxış zamanı məlum olub ki, əsgərin başına atəş açılıb. İlkin ehtimala görə, əsgər intihar edib. Faktla bağlı cinayət işi açılıb.
Əlavə edək ki, martın 11-də düşmən mövqeləri darmadağın edilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin növbəti dəfə təxribatının qarşısı alınıb.

Düşmənin hərəkətlərinə cavab olaraq və gələcəkdə belə təxribatların qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində təmas xəttinin dərinliyindəki erməni mövqeləri darmadağın edilib.

Nəticədə düşmənin təxminən 10-15 canlı qüvvəsi və hərbi texnikası məhv edilib. Müdafiə Nazirliyi xəbərdar edir ki, düşmənin istənilən təxribat cəhdinin qarşısı Silahlı Qüvvələrimiz tərəfindən dərhal və qətiyyətlə alınacaq.


İlk öncə Azərbaycan Müdafiə Nazirliyinin düşmənin 10-15 canlı qüvvəsi və hərbi texnikasının məhv edilməsi xəbərini təkzib edən erməni tərəfi martın 12-dən başlayaraq itkilərini dolayısı ilə etiraf etməyə başlayıb./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar