Düşmən ordu yenə itki verdi
22.03.2015 809 0.0 0

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində daha bir erməni əsgəri öldürülüb.

Məlumata görə, bu gün axşam saatlarında 17:45 radələrində Dağlıq Qarabağda Ermənistan ordsunun 1992-ci il təvəllüdlü Ayk Taranoviç Marqaryan adlı hərbi qulluqçusunun meyiti aşkarlanıb.

Ermənistan Müdafiə Nazirliyi əsgərin hansı şəraitdə öldüyünü açıqlamır.

Qeyd edək ki, Ermənistan ordusu son vaxtlar cəbhədə xeyli itki verir. Düşmən ordu təşvişə düşüb. Bu gün Andranik Araratoviç Qriqoryan adlı əsgər Azərbaycan Ordusuna təslim olub.

Xatırladaq ki, martın 19-da cəbhədə baş vermiş döyüş toqquşması nəticəsində müdafiənin ön xəttində yerləşən əsgər və zabitlərimiz düşmənə ağır zərbə vuraraq 20-dək hərbi qulluqçusunu məhv edib və yaralayıb./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar