Düşmən cəbhədə itki verdi-Zabitimizin qisası alındı
29.03.2015 804 0.0 0

Bu gün axşam saatlarında Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttinin Ağdam istiqamətində erməni ordusunun daha bir əsgəri məhv edilib.
Qazeta.info Virtualaz.org saytına istinadla bildirir ki, erməni KİV-lərində yayılan məlumata görə, Ermənistan Müdafiə Nazirliyi 1995-ci ildə anadan olmuş əsgər Ovsep Samsonoviç Andreasyanın Azərbaycan ordusunun mövqelərindən açılan atəşlə öldürüldüyünü bildirib.

Xatırladaq ki, təmas xəttinin həmin istiqamətində martın 27-də Azərbaycan ordusunun baş leytanantı düşmən gülləsindən şəhid olmuşdu. Doğrudur, əsgər Ovsepin məhv edilməsi zabitimizin qanının yerdə qalmadığını göstərir, ancaq qisasın hələ qismən alındığını demək olar...


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar