Dünyanın taleyini dəyişəcək təklif
15.04.2015 799 0.0 0

İranın OPEK təşkilatına üzv olan ölkələri və neft ixracatçılarını "qara qızıl"ın gündəlik hasilat həcmini 5% azaltmağa çağırıb. 

Məlumata görə, bu barədə İranın neft naziri Bijan Zanqane bildirib.

O, bu təklifi neftin qiymətinin düşməsinin qarşısının alınması üçün ən optimal yol hesab edib: "OPEK-in ən mühafizəkar üzv ölkələri inandırmaq lazımdır ki, OPEK-də gündəlik neft hasilatı 30 milyon bareli üstələməlidir. İran hesab edir ki, "qara qızıl"ın qiymət artımının qarşısının alınması və sabitləşdirilməsi üçün bu səviyyəni 5% azaltmaq lazımdır.

İranın neft nazirinin fikrincə, neftin qiyməti keçən ilin ortasından başlayaraq düşməyə başladı. Neftin qiymətləndirməsi, ümumiyyətlə, heç vaxt istehlakın və dünyada neft istehsalının real səviyyəsi ilə bağlı deyil, tələb və təklifin balansı əsasında tənzimlənmir. Burada başqa mexanizmlər, xüsusilə siyasət rol oynayır. 

Ekspertlər güman edir ki, ABŞ və Səudiyyə Ərəbistanı, - hansı ki, ABŞ Prezidenti Franklin Ruzveltin vaxtından sıx ittifaqdadır,- neft bazarına təsir mexanizmlərindən istifadə edərək "qara qızıl"ın qiymətdən salmağı bacarırlar. Qiymətlərin düşməsi sonsuzdur və hər şeydən əvvəl Rusiya, Venesuela və İran kimi ixracatçılara çox ağır zərbə vurir. 

Onlar ABŞ-ın bu hərəkətlərini Rusiyanın Krımı yenidən özünə birləşdirməsindən sonra bir çox ölkələrin daxili siyasət sabitliyini pozmaq arzusu ilə əlaqələndirirlər.

Xatırladaq ki, 2014-cü ilin sonunda Brent markalı neftin bir bareli 50 dollar idi. Bu ilin yanvarında Səudiyyə Ərəbistanının kralı Abdulla ibn əl Saud Əbdül-Əzizin ölümündən sonra neftin qiymətdən düşməsi nisbətən yavaşıdı və bir barel 55-60 dollar arasında qaldı./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar