Dünyanın təhlükəli terror qrupu İŞİD-ə qoşuldu
08.03.2015 765 0.0 0

Boko Haram terror quruplaşmasının  verdiyi  açıqlamada Boko Haram IŞİD-ə qatıldığını bəyan edib. 

Bildirək ki "Qərb tərzi təhsil günah" mənasını verən  Boko Haram 2009-ci ildən bu yana Nigeriyada İslam dövləti qurmaq istiqamətində mübarizə apardığını bildirir.

 

Məlumat üçün qeyd edək ki, noyabr ayında İŞİD lideri Əbu Bəkir Bağdadi Misir, Liviya Yəmən, Səudiyyə Ərəbistanı, və Cəzairdəki cihadçı qrupların onlara bağlılığını  qəbul etmişdi.

Yanvar ayında isə Əfqanıstan və Pakistandakı Radikal qruplar IŞİD-ə bağlılıqlarını elan edib.

Xatırladaq ki, bu gün  terror təşkilatı Boko Haramın Nigeriyanın  Maiduguri şəhərində təşkil etdiyi terror aktı zamanı ən az 58 adam ölmüş, 140 nəfər isə yaralanıb.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar