ABŞ-ın Kaliforniya ştatında Santa-Ane həbsxanasından təhlükəli cinayətkar Hüseyin Nayeri qaçıb. Məlumata görə, bu barədə ABŞ-da Orandj dairəsinin baş prokurorunun müavini Xizer Braun bildirib.
Onun sözlərinə görə, ötən cümə günü həbsxanadan qaçan üç məhbusun arasında "ikinci Hannibal Lekter" ləqəbli Hüseyin Nayeri də var. Məmurun Entoni Hopkinsin "Quzuların sükutu" filmində yaratdığı hanibal-manyak obrazı ilə müqayisə etdiyi cinayətkar İranda doğulub. Hüseyin Nayeri ABŞ-da dəniz piyada qoşununda hərbi hazırlı keçib.
Hüseyin Nayeri
Nayeri bir sıra qanlı və amansız cinayətlər edib. Belə ki, 2012-ci ildə Nayeri ümumi qanunsuz qazancın bir hissəsinin oğurluğunda şübhə etdiyi narkotik alverçisini oğurlayıb. Hüsyein onu tanınmaz hala düşənə qədər şikəst edib və onu yandırılmış məşəllə şəxsən işgəncə verib. Həmin il cinayətkar ABŞ-dan İspaniyaya uçmağa çalışarkən saxlanılıb.
Həbsxanadan qaçan üçlük
Bu il yanvarın 22-də o və iki başqa məhbus kamera barmaqlığını kəsərək daha sonra kanalizasiya lyukuna giriblər. Üçlük yeraltı tunellə həbsxana xaricinə çıxaraq qaçıblar. Bu son 30 il ərzində Santa-Ane həbsxanasından ilk qaçışdır. Kaliforniya ştatının hakimiyyəti qaçaqlar haqqında informasiya üçün 50 min dollar mükafat söz verib. Xizer Braunun fikrincə, həbsxanada adi rejimin kamerasına o qədər təhlükəli cinayətkarı yerləşdirməklə dəhşətli səhvə yol veriblər.
Santa-Ane həbsxanası
Analoji qaçış üsulundan bir müddət əvvəl həbs olunan "El Çapo" ləqəbli məşhur narkobaron Xoakin Qusman Meksika həbsxanasında istifadə edib. Ötən il iyulun 11-də Quzman Meksikanın sərt rejimli Altiplano həbsxanasının hamamında qazılmış 1.5 km uzunluqlu tunellə qaça bilmişdi.
Medianın yazdığına görə, həbsxana rəhbərliyi və ədliyyə məmurlarına verilən böyük məbləğli rüşvətlər də daxil "El Chapo"nun həbsxanadan qaçması ona 50 milyon dollar başa gəlib. Qusman zəngin adam sayılır. 2009-cu ildə onun sərvıti 1 milyard dollar həcmində qiymətləndirilib. 2011-ci ildə o, “Forbes”ə görə, dünyanın ən çox axtarılan zəngin cinayətkarları arasında birinci yeri tutub./anspress/