Dünyanın nüfuzlu bankı manatın məzənnəsi ilə bağlı proqnozunu açıqlayıb
03.03.2016 622 0.0 0

Hollandiyanın "ING Bank"ı 2016-cı ildə Azərbaycanda ÜDM-in 2,5% azalacağını, 2017-ci ildə 3,4% artacağını proqnozlaşdırır.
 
"İnterfax" agentliyinə istinadən verilən xəbərə görə, bankın proqnozlarına əsasən, 2016-cı ildə Azərbaycanda orta illik inflyasiya 2015-ci ildə 4%-ə qarşı 10,8%-dək artacaq. 2017-ci ildə inflyasiya 4,5%-dək azalacaq.
 
Bankın proqnozlarına görə, 2016-cı ildə manatın dollara nisbətən məzənnəsi 1,03AZN/$1-ə qarşı 1,46 AZN/$1, 2017-ci ildə 1,31AZN/$1 təşkil edəcək.
 
Bankın qiymətləndirmələrinə əsasən, Azərbaycan Dövlət Neft Fondunun ehtiyatları şəklində mühüm “təhlükəsizlik yastığı”na malikdir.
 
“ING Bank”ın analitikləri hesab edir ki, pul-kredit siyasətinin yaxşılaşması və etimadın yüksəlməsi dollarlaşmanın səviyyəsinin azalmasına təkan verəcək.
 
2016-cı ildə Azərbaycanın ümumi büdcəsinin kəsiri ÜDM-in 10%-ni təşkil edəcək.
 
Hökumət 2016-cı il üçün ÜDM-in artımını 1,8% səviyyəsində, orta illik inflyasiyanı 10-12% səviyyəsində proqnozlaşdırır.
 
2015-ci ildə Azərbaycanda ÜDM 1,1% artıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar