Dünyanın ən yaşlı sakininin 117 yaşı tamam oldu
06.01.2020 554 0.0 0

Dünyanın ən yaşlı sakini yaponiyalı Kane Tanakanın 117 yaşı tamam olub.

"RİA Novosti"yə istinadən verilən məlumata görə, bununlar əlaqədar K.Tanakanın yaşadığı qocalar evində şənlik keçirilib.

Yaponiyalı K.Tanaka ad günü üçün hazırlanan tortu şərh edərkən bildirib: "Çox ləzzətlidir. Yenə istəyirəm".

Qeyd edək ki, K.Tanaka Ginnesin Rekordlar Kitabına 2019-cu ilin mart ayının 9-u daxil edilib. O zaman onun 116 yaşı olub.

K.Tanaka 1903-cü ildə Fukuoka prefekturasında dünyaya gəlib./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar