Dünyanın ən yaşlı qadını vəfat edib
14.07.2016 692 0.0 0

Vyetnamın Hoşimin şəhərində dünyanın ən yaşlı qadını Nquen Thi Çu dünyasını dəyişib.

 

TASS agentliiynə istinadən verilən xəbərə görə, 123 yaşlı qadın 2015-ci ildən planetin ən yaşlı qadını hesab edilirdi.

 

1893-ci il təvəllüdlü Nquen Thi Çu 11 övlad dünyaya gətirib. Hazırda onlardan 2-si sağdır. Nəvə, nəticə və  kötükcələrinin sayı isə 100-ü ötüb.

Bildirilir ki,  son günlərinədək özünü gümrah hiss edib, yaşına xas olan xəstəliklərdən əziyyət çəkməyib, həkimlərə müraciət etməyib. Onun hansı səbəbdən öldüyü barədə məlumat verilmir./apa/

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar