Dünyanın ən yaşlı kişi sakini vəfat edib-FOTO
07.07.2015 727 0
Yaponiyada dünyanın ən yaşlı kişi sakini Sakari Momoi 113 yaşında vəfat edib.
TASS agentliyinə istinadən verшдэт məlumata görə, o, böyrək catışmamazlığından əziyyət çəkirmiş.
Ötən ilin avqustunda Qinnes rekordlar kitabının ekspertləri rəsmi olaraq S.Momoinin dünyanın ən yaşlı kişi sakini olmasını təsdiqləmişdilər.
Sakari Momoi 1903-cü ildə Fukusima prefekturasında anadan olub. Ömrünün böyük hissəsini pedaqoji fəaliyyətə, kənd təsərrüfatı kimyasına həsr edib. Bir neçə məktəbin direktoru olub.
Yaxınlarının sözlərinə görə, S. Momoi son günlərinədək zehni açıq olub, mütaliə edib, idman verilişlərini izləyib. /apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər