Dünyanın ən yaşlı cərrahı (FOTO)
03.02.2017 896 0
Dünyanın ən yaşlı cərrahı 89 yaşlı Alla Levuşinka hesab edilir.
Trend-in məlumatına görə, hazırda Rusiyanın Ryazan şəhərində dövlət xəstəxanasında çalışan A.Levuşinka apardığı ilk cərrahiyyə əməliyyatından danışıb:
“İlk əməliyyatım zamanı üzümə qan sıçramışdı. Müəllimim o zaman mənə “cərrahlığa indi başladın” demişdi. O vaxtdan bu günədək - 68 ildir insanları sağlam həyatlarına qovuşdurmaq üçün çalışıram. Mən işdən çıxsam, cərrahiyyə əməliyyatlarını kim həyata keçirəcək?”
Yaşının çox olmasına baxmayaraq, təqaüdə çıxmaq istəmədiyini söyləyən cərrah indiyədək 10 mindən çox əməliyyatda iştirak edib.
A.Levuşinka yaşına görə xəstələrin ona etimad etmədiklərini, lakin əməliyyatdan sonra ona güvəndiklərini söyləyib.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər