Amerika Birləşmiş Ştatlarında dərc olunan “Forbes” jurnalı dünyanın ən nüfuzlu insanlarının siyahısını təqdim edib. Jurnalın 2015-ci il üçün adiçəkilən siyahısında 73 nüfuzlu şəxs yer alıb.
ANS TV-nin məlumatına görə, bu il dünyanın ən nüfuzlu şəxslərinin reytinqinə Rusiya prezidenti Vladimir Putin başçılıq edir.
Putin artıq 3 ildir ki, bu siyahıda ilk sırada yer alır. İkinci yerdə Almaniya Kansleri Angela Merkel, üçüncü yerdə isə ABŞ prezidenti Barak Obama qərarlaşıb. Dördüncü pillədə Roma papası Fransisk, beşinci pillədə isə Çin prezidenti Si Tzinpin yer alıb.
“Forbes” jurnalının “ən nüfuzlular” siyahısı nüfuzlu şəxslərin əhəmiyyətli maliyyə qaynaqların idarəsini əllərinda saxlamaları, təsir göstərdikləri insanların sayını və öz təsir sahələrinin kənarında də güc yaymaq kimi bəzi amillər nəzərə alınmaqla hazırlanır./anspress/