Dünyanın ən məşhur almazı satıldı. Məlumata görə, nadir çəhrayı almaz İçveçrənin Cenevrə şəhərində "Christie’s" hərracına çıxarılıb.
Gül formasında olan və briliyant qaşlı üzüyü bəzəyən bu almaz 16,09 karatdır. Qiymətli zinət əşyası 28 milyon 700 min İsveçrə frankına (30 milyon manat) alıcı tapıb. Lakin alıcının adı açıqlanmayıb.
Üzük satışa 18 milyon frank (18 milyon 838 manat) qiymətlə çıxarılmışdı.
Məlumata görə, bu son dərəcə nadir qaşdır. 250 il ərzində bu tip 10 karatdan çox olan cəmi 3 çəhrayı almaz tapılıb.
Çəhrayı almaz
Belə almazlardan biri 3 il öncə Avstraliyada tapılıb. Bu qiymətli daşın kütləsi 12,76 karat olub. Çəhrayı almazların 90 faizindən çoxu məhz Avstraliyadakı “Arqayl” mədənində çıxarılır.
Bir neçə ay sonra dünyanın ən böyük mavi almazı İsveçrədə hərraca çıxarılacaq. “Blue Moon Diamond” (Mavi ay almazı) ilkin qiyməti 50 milyon dollardır. 12.03 karatlıq almazın qiymətinin 55 milyona qədər arta biləcəyi istisna deyil.
Mavi almaz./anspress/