Dünyanın ən hündür zirvəsi yenidən ölçüləcək
25.01.2017 890 0
Hindistan hökuməti 2015-ci ildə Nepalda baş verən güclü zəlzələ ilə əlaqədar Comolunqma (Everest) zirvəsini yenidən ölçməyi planlaşdırır.
BBC-yə istinadən xəbər verilir ki, bunu hökumətin yaratdığı komissiyanın sədri Svarna Subba bildirib.
Onun sözlərinə görə, iki aydan sonra ekspedisiya dünyanın ən yüksək dağ zirvəsinə yola düşəcək: “Zirvənin ölçülməsi bir ay davam edəcək. Daha bir həftə isə hesablamalara sərf olunacaq”.
Qeyd edək ki, bir müddən əvvəl peykdən alınan məlumatlara görə, Comolunqmanın hündürlüyü bir neçə santimetr azalıb. 1955-ci ildə aparılan ölçmənin nəticələrinə əsasən, zirvənin hündürlüyü 8848 metr olub.
Xatırladaq ki, 2015-ci ilin aprelində Nepalda 7,9 bal gücündə zəlzələ baş verib. /Report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər