Dünyanın ən hündür heykəlinin əsası qoyulub
26.12.2016 933 0
Hindistanın Baş naziri Narendra Modi ölkənin Maharaştra ştatına gedərək təxminən dörd əsr əvvəl yaşamış Hindistanın milli qəhrəmanı Şivacinin nəhəng heykəlinin təməlini qoyub.
"Al Jazeera" telekanalına istinadən xəbər verilir ki, abidəni Mumbai şəhərinin ərazisində, Ərəbistan dənizi sahilindən 4 kilometr uzaqlıqda olan süni adada ucaltmağı planlaşdırırlar.
Heykəlin hündürlüyü 192 metr olacaq. Tikintinin təqribən 530 milyon dollara başa gələcəyi gözlənilir.
Hindistandakı abidə dünyada ən hündür heykəli hesab edilən Myanmadakı 116 metrlik Buddadan 76 metr hündür olacaq. Nyu-Yorkdakı Azadlıq heykəli isə Şivacidən 99 metr alçaq olacaq./Report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər